Şöbə müdiri: Qida təhlükəsizliyinə əməl edilməməsinin ağır iqtisadi nəticələri ola bilər

Şöbə müdiri: Qida təhlükəsizliyinə əməl edilməməsinin ağır iqtisadi nəticələri ola bilər

Qida təhlükəsizliyinə əməl edilməməsinin ağır iqtisadi nəticələri ola bilər.

"Report" xəbər ki, Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə deyib.

Onun sözlərinə görə, qida təhlükəsizliyi təkcə insanların sağlamlığına təsir edən məsələ deyil: "Bunun həm də ağır iqtisadi nəticələri ola bilər. Qida təhlükəsizliyi ilə bağlı artıq bütün dünyada yeni çağırışlar meydana gəlib. Bu, Azərbaycan üçün də istisna deyil. Son dövrlərdə sözügedən sahədə konseptual dəyişikliklər olub".