Deputat: Fransanın maliyyə vəziyyəti fəlakətli həddədir

Deputat: Fransanın maliyyə vəziyyəti fəlakətli həddədir

Fransanın maliyyə vəziyyəti fəlakətli həddədir. Ölkənin 2017-ci ildən bəri 900 milyard avro borcu yığılıb və borc yükü bu il 57 milyard avro artacaq.

“Report” xəbər verir ki, bu barədə Avropa Parlamentinin Fransadan olan üzvü Joffrua Didye Avropa Komissiyasına müraciətində yazıb.

O, həmçinin xəbərdarlıq edib ki, agentliklər Fransanın reytinqini aşağı salsa, bu, ölkə Prezidenti Emmanuel Makron və onun hökumətinə inamı pisləşdirəcək.

Parlamentari qeyd edib ki, Fransa Senatının Maliyyə məsələləri Komitəsi İqtisadiyyat Nazirliyini yoxlayıb və Fransa hökumətini məlumatları gizlətdiyinə görə tənqid edib.

Komitə xəbərdarlıq edib ki, kəsir hökumətin nəzarətindən çıxmağa davam edərsə, 2024 və 2025-ci illərdə müvafiq olaraq ÜDM-in 5,7 faizi və 5,9 faizi səviyyəsinə çata bilər. Bununla belə, Komissiyaya təqdim edilən rəsmi statistikaya görə, onun göstəriciləri 4,4 faiz və 3,7 faiz təşkil edib.