Mingəçevirdə külək ağacı avtomobilin üzərinə aşırıb

Mingəçevirdə külək ağacı avtomobilin üzərinə aşırıb

Mingəçevir şəhərində güclü külək səbəbindən iri gövdəli ağac qırılaraq avtomobilin üzərinə düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21015" markalı avtomobilə ciddi zərər dəyib, yaxınlıqda olan 24 yaşlı X.Məmmədova isə psixoloji travma alıb. Ona ambulator yardım göstərilib.

Qeyd edək ki, hazırda bolgədə küləkli hava şəraiti davam edir.