"NTD-İndiqo"nun basketbolçusu: "Neftçi" güclü yerli və xarici oyunçulardan ibarət yaxşı komandadır

"NTD-İndiqo"nun basketbolçusu: "Neftçi" güclü yerli və xarici oyunçulardan ibarət yaxşı komandadır

"Neftçi" güclü yerli və xarici oyunçulardan ibarət yaxşı komandadır.

"Birxeber.Az" xəbər verir ki, bunu "NTD-İndiqo"nun basketbolçusu Cared Smоll klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının XVI turunda qarşılaşacaqları “Neftçi” ilə oyundan gözləntilərini bölüşüb: "Neftçi" ilə qarşıdakı görüşü səbirsizliklə gözləyirik. Onları məğlub etmək üçün özümüzü ən yaxşı tərəfdən göstərməliyik. Hazırda yaxşı vəziyyətdə olduğumuzu hiss edirik və düzgün istiqamətdə irəliləməyə davam etmək istəyirik".

Qeyd edək ki, "NTD-İndiqo" - "Neftçi" matçı aprelin 7-də, saat 14:00-da Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək.