Hollandiya klubu fəaliyyətini dayandırmaq riski ilə üz-üzədir

Hollandiya klubu fəaliyyətini dayandırmaq riski ilə üz-üzədir

Hollandiyanın "Vitess" futbol klubu növbəti mövsüm üçün lisenziya almamaq və fəaliyyətini dayandırmaq riski ilə üz-üzədir.

"Birxeber.Az" xəbər verir ki, bu barədə ESPN-ə klubun müvəqqəti direktoru Edvin Reyntes bildirib.

“Şanslar kifayət qədər yüksəkdir. Yoxsa bu problemi həll etmək üçün məni çağırmazdılar. Bu qədər müddətə lisenziya ala bilmirsinizsə, deməli, nəsə səhv gedir”, - deyə Reyntes söyləyib.

Qeyd edək ki, "Vitess" 28 turdan sonra Hollandiya çempionatında 17 xalla sonuncu pillədə qərarlaşıb. Komanda 1989-cu ildən bəri müntəzəm olaraq ölkənin yüksək divizionunda mübarizə aparır.