Almaniya səfiri: Biz Azərbaycan ilə NATO arasında əlaqələrin möhkəmlənməsini səbirsizliklə gözləyirik

Almaniya səfiri: Biz Azərbaycan ilə NATO arasında əlaqələrin möhkəmlənməsini səbirsizliklə gözləyirik

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycan ilə NATO arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Biz NATO-nun 75-ci ildönümünü qeyd edirik. NATO bizim ümumi təhlükəsizlik lövbərimizdir və təkcə müdafiə alyansı deyil. Biz Azərbaycanın onilliklər ərzində NATO-nun tərəfdaşı olmasını alqışlayırıq və NATO-Azərbaycan münasibətlərinin gücləndirilməsini səbirsizliklə gözləyirik”, - paylaşımda qeyd edilib.