Yaponiyada maliyyə qalmaqalına görə 39 deputat cəzalandırılacaq

Yaponiyada maliyyə qalmaqalına görə 39 deputat cəzalandırılacaq

Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) siyasi ianələrin toplanması zamanı hesabat pozuntuları ilə bağlı kütləvi qalmaqalla əlaqədar 39 deputata qarşı intizam tədbirlərini təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq qərar partiya intizamı üzrə komissiyanın iclasının yekunu üzrə qəbul edilib.

Belə ki, Yaponiyanın keçmiş təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri, həm də LDP-də ən böyük daxili partiya qrupuna (fraksiya) rəhbərlik edən Ryu Sionoeyə partiyanı könüllü olaraq tərk etmək təklif olunub. Onlar bənzər cəzanı parlamentin yuxarı palatasındakı LDP fraksiyasının keçmiş lideri Xirosiqe Sekoya da tətbiq etmək qərarına gəliblər. Əgər imtina etsələr, partiyadan xaric ediləcəklər.

R.Sionoe qalmaqalda iştirakını inkar edir. O, intizam komissiyasına bəyanat göndərib və orada partiya rəhbərliyinin “diktator üsullarını” göstərib. O, həmçinin LDP sədri, Baş nazir Fumio Kisidaya qarşı heç bir cəzanın olmamasını da ədalətsiz hesab edib.