"Bakı Fond Birjası"nın dövriyyəsi kəskin artıb

"Bakı Fond Birjası"nın dövriyyəsi kəskin artıb

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 548 milyon 979,9 min manat təşkil edib.

Birxeber.Az-Economics” xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə çoxdur.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 61%, dövlət qiymətli kağızların ticarət həcmində 111 %, repo əməliyyatları üzrə isə 148 % artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatları üzrə 59 % artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ilin mart ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 mlrd. 995 mln. 678,4 min manat təşkil etmiş və ötən ilin müvafiq dövrünün son ticarət günü ilə müqayisədə 41% böyümə qeydə alınıb.