Xankəndidə 6 avtomat, 3 qumbara tapılıb

Xankəndidə 6 avtomat, 3 qumbara tapılıb

Xankəndidə silah-sursat aşkar edilib.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 3-də Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 3 qumbara, 5 alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1690 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.