Türkiyə Azərbaycan-Ermənistan danışıqlarında ikili görüşün keçirilməsini dəstəkləyir

Türkiyə Azərbaycan-Ermənistan danışıqlarında ikili görüşün keçirilməsini dəstəkləyir

Biz Azərbaycan-Ermənistan danışıqlarında daha çox ikili görüşün keçirilməsinin tərəfdarıyıq.

APA xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

“Bu yöndə son dönəmlərdə baş tutan görüşləri dəstəkləyirik. Bundan sonra da davam etməsini umuruq”, - o qeyd edib.