Çavuşoğlu: Zəngəzur koridorunun açılmasının hər kəsə faydası olacaq

Çavuşoğlu: Zəngəzur koridorunun açılmasının hər kəsə faydası olacaq

Zəngəzur koridorunun açılmasının, əlbəttə ki, hər kəsə faydası olacaq.

APA xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mevlüt Çavuşoğlu Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.

Bu koridorun açılmassı həm bölgə üçün, eləcə də Ermənistanın özü üçün ciddi fayda vəd edir. Bu mənada biz Zəngəzur koridorunun açılmasını dəstəkləyirik.