Rusiya XİN: Ukraynada NATO bazaları peyda olarsa, hədəfə çevriləcək

Rusiya XİN: Ukraynada NATO bazaları peyda olarsa, hədəfə çevriləcək

Əgər NATO bazaları Ukrayna ərazisində peyda olarsa, onlar Rusiyanın qanuni hədəfinə çevriləcək.

“Report” xəbər verir ki, bunu yerli KİV-ə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Bu bazalar yanacaq. Orada (Ukrayna ərazisində) artıq Yavorovski poliqonu var idi. Həmin poliqonda NATO Ukrayna hərbçilərinə təlim keçirdi. Oranın aqibəti məlumdur. Bu, tamamilə qanuni hədəfdir”, - diplomat vurğulayıb.