“WhatsApp” messencerinin və “Instagram”ın fəaliyyəti normallaşıb - YENİLƏNİB - 2

“WhatsApp” messencerinin və “Instagram”ın fəaliyyəti normallaşıb - YENİLƏNİB - 2

“WhatsApp” messencerinin və “Instagram”ın fəaliyyəti normallaşıb.

“Birxeber.Az” xəbər verir ki, “WhatsApp” messenceri bəzi Avropa və Latın Amerikası ölkələrində, həmçinin Azərbaycanda bir müddət fəaliyyət göstərməyib.

“WhatsApp” messencerinin və “Instagram”ın sahibi olan “Meta” hələ ki, problemin səbəbi barədə şərh verməyib.

22:48

“Instagram” sosial şəbəkəsinin işində də problemlər müşahidə olunur.

"Birxeber.Az" xəbər verir ki, proqramın işində yaranan çətinliklə yanaşı paylaşımların yerləşdirilməsində çətinliklər mövcuddur.

Mesencer və sosial şəbəkənin sahibi olan “Meta” şirkətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

22:29

Dünyanın bir neçə ölkəsində “WhatsApp” messencerinin işində problemlər baş verib.

"Birxeber.Az" xəbər verir ki, problemin səbəbləri hələlik məlum deyil.

Problem Azərbaycanda da müşahidə edilir. Belə ki, göndərilən ismarışların qarşı tərəfə çatdırılmasında problemlər yaşanır.

"WhatsApp" - smartfonlar üçün nəzərdə tutulmuş prioritet messencerdir. Servis mətnli mesajlar, təsvirlər, video və audio fayllar göndərməyə imkan verir.