Şəmkirdə mağazadakı yanğın söndürülüb - YENİLƏNİB-2

Şəmkirdə mağazadakı yanğın söndürülüb - YENİLƏNİB-2

Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

"Report" Nazirliyə istinadən xəbər verir ki, yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

17:53

Şəmkir rayonunda mağazada baş verən yanğın digər obyektlərə də keçib.

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, hadisə şəhərin 20 Yanvar küçəsində, bazar ərazisində qeydə alınıb və yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

17:25

Şəmkir rayonunda mağazada yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü küçəsində yerləşən mağazalardan birində qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.