Xalq artisti bacısı ilə ilk dəfə efirdə - VİDEO

Xalq artisti bacısı ilə ilk dəfə efirdə - VİDEO

Xalq artisti Simarə İmanovanın bacısı Gülarə İmanova ilk dəfə efirdə qonaq olub.

birxeber.az-ın məlumatına görə, məşhurun bacısı "Günün sədası" verilişində bildirib ki, onun da oxumaq üçün səsi var:
"Simarə xanımın böyük bacısıyam. Bizim səsimizi bir-birimizə bənzədirlər. Mənim də səsim var. Səs anamızdan gəlib. Ailə qurdum, 17 il sənətdən ayrı qaldım. Sonra yaxınlarımın təkidi ilə sənətə qayıtdım. El şənliklərinə gedirəm".