Azərbaycan və Pakistan arasında məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Pakistan arasında məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Xaricdə yaşayan Pakistanlılar və İnsan Resurslarının İnkişafı üzrə federal naziri Çaudri Salik Hüseyn (Chaudhry Salik Hussain) ilə iki ölkə arasında məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı müzakirə edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə o, "X"də yazıb.

"Pakistanın Xaricdə yaşayan Pakistanlılar və İnsan Resurslarının İnkişafı üzrə federal naziri Çaudri Salik Hüseyn ilə məhsuldar görüş oldu. Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığa dair fikir mübadiləsi apardıq", - diplomat qeyd edib.