Pentaqon özəl kosmik sektoru işinə inteqrasiya etmək niyyətindədir

Pentaqon özəl kosmik sektoru işinə inteqrasiya etmək niyyətindədir

ABŞ-nin Müdafiə Nazirliyi hərbi münaqişələr zamanı potensial əməkdaşlığa diqqət yetirməklə, sülh dövründə əməkdaşlıq üçün özəl kosmik şirkətləri kosmik fəaliyyətlərinə inteqrasiya etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plam bildirib.

"Bu gün elan edirəm ki, nazirliyimiz kosmosa ilk inteqrasiya strategiyasını təqdim edir", - Pentaqonun sözçüsü deyib. O əlavə edib ki, bu yolla ABŞ-nin Müdafiə Nazirliyi Amerikanın çəkindirmə qüvvələrinin imkanlarını artırmaq üçün kommersiya sektorunun yeniliklərindən istifadə etməyə başlayır.

Plam bununla əlaqədar olaraq, "ticarət qərarlarını sülh dövründə gündəlik fəaliyyətlərə inteqrasiya etmək" niyyətini bildirib ki, münaqişə vəziyyətində "eyni ticarət qərarlarına etibar etmək" imkanı olsun.

“Biz həm kosmosa müxtəlif cihazların kommersiya məqsədli buraxılışından, həm də peyk rabitəsindən danışa bilərik”, - Pentaqonun nümayəndəsi izah edib. Plam əlavə edib ki, Pentaqon yaxın gələcəkdə bu sahədə əməkdaşlığa mümkün qədər çox özəl şirkətləri cəlb etmək niyyətindədir. O, belə bir əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əmin edib.