KİV: ABŞ terror hadisəsindən iki həftə öncə “Crocus”un hədəfə çevrilə biləcəyinə dair Rusiyaya xəbərdarlıq edib

KİV: ABŞ terror hadisəsindən iki həftə öncə “Crocus”un hədəfə çevrilə biləcəyinə dair Rusiyaya xəbərdarlıq edib

Birləşmiş Ştatlar “Crocus City Hall”dakı terror aktından iki həftə əvvəl Rusiya tərəfinə xəbərdarlıq edib ki, konsert zalı hücumun potensial hədəfinə çevrilə bilər.

Birxeber.Az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, Vaşinqton bu məlumatı ABŞ-nin Moskvadakı səfirliyinin mart ayında Rusiya paytaxtında mümkün terror aktı ilə bağlı xəbərdarlıq etməsindən bir gün öncə Rusiya tərəfi ilə paylaşıb.