KİV: Tayvanda zəlzələdən sonra bir neçə bina dağılıb

KİV: Tayvanda zəlzələdən sonra bir neçə bina dağılıb

Tayvanın şərq sahillərində baş verən 7,2 maqnitudada zəlzələdən sonra Hualyan şəhərində bir sıra binalara ciddi ziyan dəyib.

“Birxeber.Az” xəbər verir ki, TVBS telekanalı dağıntıların görüntülərini nümayiş etdirib.

Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə saat 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı 15,5 km dərinlikdə yerləşib.

Bundan əvvəl bildirilib ki, Tayvanın şərqində 5,4 mqanitudada daha dörd zəlzələ baş verib. Bu barədə adanın Meteoroloji Xidməti məlumat yayıb.