NATO Ukraynanı silahlandırmaq üçün 100 milyard dollarlıq fond yaratmaq niyyətindədir

NATO Ukraynanı silahlandırmaq üçün 100 milyard dollarlıq fond yaratmaq niyyətindədir

NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevi silahla təmin etmək üçün 100 milyard dollarlıq fond yaratmağı təklif edəcək.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Stoltenberq Ukrayna üçün 5 il ərzində 100 milyard dollar dəyərində müttəfiq töhfə fondu yaratmağı təklif edir”, - məlumatda deyilir.

Baş katibin hesablamalarına görə, bu təklif alyans üzvlərinin yayda Vaşinqtonda toplaşacaqları zaman imzalayacaqları sənədlər paketinə daxil ediləcək.