"Qarabağ"ın baş məşqçisi: Futbolçular ikinci hissədə epizodlara ciddi yanaşmadılar

"Qarabağ"ın baş məşqçisi: Futbolçular ikinci hissədə epizodlara ciddi yanaşmadılar

"Oyunçular ikinci hissədə epizodlara ciddi yanaşmalar. Bu yöndə onlara narazılığımı bildirdim".

"Birxeber.Az"un məlumatına görə, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis maraqlı oyuna görə oyunçulara təşəkkür edib: "Rəqib də istəkli idi. Matça ciddi yanaşdıq. Futbolçular gərgin mövsüm keçiriblər, yorğunluq da var. Bu qarşılaşmanın yaxşı faydası olacaq. "Neftçi"yə uğurlar arzulayıram".

Təcrübəli baş məşqçi futbolçularla bağlı kluba rəsmi təklif gəlmədiyini xatırladıb: "Bizim bilmədiyimiz məqamlar da var. Futbolçu ilə üzbəüz danışanda da fərqli cavab alıram. Yaxın vaxtlarda bunları aradan qaldıracağıq. Hamısı peşəkar idmançılardır. Qeyri-rəsmi danışıqlar olduğu üçün bəzən özlərini matça verə bilmirlər".