Səfir: Enerji təchizatında problemlər olduğu dövrdə Trans-Adriatik boru xətti ilə Azərbaycan qazı nəql olunub

Səfir: Enerji təchizatında problemlər olduğu dövrdə Trans-Adriatik boru xətti ilə Azərbaycan qazı nəql olunub

Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru xətti qitənin enerji təchizatında əhəmiyyətli problemlərlə üzləşdiyi bir dövrdə Azərbaycandan qazı Avropaya gətirən strateji infrastrukturdur.

"Report" xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias Bakıda Yunanıstanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.

"Artıq üç ildən çoxdur ki, Trans-Adriatik boru xətti təbii qazı Azərbaycandan qonşumuz Türkiyə vasitəsilə Yunanıstana, Bolqarıstana və İtaliyaya dayanıqlı və etibarlı şəkildə nəql edir", - səfir qeyd edib.

X.Kapodistrias xatırladıb ki, əməliyyatlar başlayandan bəri Trans-Adriatik boru xətti Yunanıstan, Bolqarıstan və İtalilyaya 33,5 milyard kub metrdən çox nəql edib: "2023-cü ildə Trans-Adriatik Boru Kəməri Yunanıstan üçün 3-cü ən böyük təbii qaz mənbəyi olub və bütün Yunanıstan təbii qaz idxalının 18%-ni təşkil edib".