Azərbaycan Sankt-Peterburqa meyvə-tərəvəz ixrac edən aparıcı MBD ölkəsidir

Azərbaycan Sankt-Peterburqa meyvə-tərəvəz ixrac edən aparıcı MBD ölkəsidir

Azərbaycan Rusiyanın Sankt-Peterburq şəhərinə meyvə-tərəvəz ixrac edən MBD ölkələri arasında ilk sıralarda durur.

"Report"xəbər verir ki, şəhərin sənaye siyasəti, innovasiyalar və ticarət komitəsi sədrinin I müavini Aleksandr Sitov Bakıda keçirilən "Sankt-Peterburq və Azərbaycan əməkdaşlıq üfüqlərini genişləndirir" mövzusunda biznes forumda bildirib.

"Rusiyanın şimal paytaxtı hesab edilən Sank-Peterburqun ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunmasında Azərbaycan əhəmiyyətli rol oynayır: Rusiya və Azərbaycanın arasında ticarət dövriyyəsinin artırılması üçün hər iki ölkənin böyük iqtisadi potensialı var", - deyə o əlavə edib.