Konqo Prezidenti Azərbaycana səfər edəcək

Konqo Prezidenti Azərbaycana səfər edəcək

Konqo Prezidenti Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumat Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Konqo xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakosso ilə görüşdə bildirilib.

Qeyd olunub ki, görüş zamanı nazirlər Konqo Prezidenti Deni Sassu-Nqessonun (Denis Sassou Nguesso) Azərbaycana səfəri zamanı imzalanması nəzərdə tutulan iki ölkə arasında əməkdaşlıq haqqında birgə bəyannamə və digər rəsmi sənədlərin münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə dair əminlik ifadə ediblər.

"Tərəflər iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət sahəsində festivalların keçirilməsinin faydalı ola biləcəyini qeyd ediblər", -diqqətə çatdırılıb.