Şoyqu: Çağırışçılar xüsusi hərbi əməliyyata cəlb edilməyəcək

Şoyqu: Çağırışçılar xüsusi hərbi əməliyyata cəlb edilməyəcək

Çağırışçılar xüsusi hərbi əməliyyata cəlb edilməyəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Kiyev hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə çalışır və Qərbi Rusiya Silahlı Qüvvələrinə müqavimət göstərmək qabiliyyətinə inandırmaq üçün terrora əl atır.

Şoyqu qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna tərəfindən terror hücumlarına və dinc sakinlərin atəşə tutulmasına asimmetrik reaksiya verir.