DÇ-2022-nin hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır

DÇ-2022-nin hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır

"Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıq işlərində 30-a yaxın azərbaycanlı çalışır".

Bunu "Birxeber"a açıqlamasında Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Qətərdəki Azərbaycan icmasının sədri Eldəgiz Rəfibəyli bildirib.

Onun sözlərinə görə, yarışın təşkilinda çalışan həmin şəxslər "Formula 1" üzrə Azərbaycan Qran-prisində və Bakıda keçirilmiş I Avropa Oyunlarında təcrübə qazanmış gənclərdir: "Onları təcrübəli olduqları üçün Azərbaycandan Qətərə aparıblar".

Sədr Qətərin inkişaf dövrünü yaşadığını söyləyib: "Ölkənin hazırda ən vacib tədbiri builki dünya çempionatıdır. Bununla bağlı infrastruktur və digər sahələrdə mühüm işlər görülür. Bu, onların ilk böyük tədbiridir. Bu vaxtadək Asiya Kuboku və Ərəb Ölkələri Kubokuna ev sahibliyi ediblər. Bunlar müvəffəqiyyətli təşkil olunub. Dünya çempionatı daha geniş miqyasda gerçəkləşəcək ilk tədbirdir. Biz də bunu səbirsizliklə gözləyirik".

Rəfibəyli Qətərə gedən azərbaycanlıların peşəkarlar olduğunu sözlərinə əlavə edib: "2015-ci ilədək Azərbaycandan Qətərə yalnız neft-qaz sənayesi sahəsində çalışanlar gedib. Azərbaycanlılar həm şəxsiyyət, həm də peşəkar kimi Qətərdə öz sözlərini deyiblər. Ölkəmizin adı yüksək səviyyədə saxlanılıb. Bizim icmamızın yaradılmasında məqsəd soydaşlarımızın bir yerə gətirilməsi və bir-birilərinə dəstək olmasıdır. Biz bir ailə kimiyik. Kədərli, xoş işlərdə birlikdəyik və çox səmimi icmamız var".

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Futbol Futbol
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyub, Türkiyə 4 pillə irəliləyib

Futbol Futbol
2024-2028-ci illər üçün ayrılacaq vəsaitlə AFFA yeni stadionlar inşa etdirəcək

2024-2028-ci illər üçün ayrılacaq vəsaitlə AFFA yeni stadionlar inşa etdirəcək

Futbol Futbol
"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub

"Mançester Yunayted" Kriştianu Ronaldu ilə müqaviləni pozub

Futbol Futbol
Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Futbol Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"i darmadağın edib

Premyer Liqa: "Neftçi" "Səbail"i darmadağın edib

Futbol Futbol
Kadi Borges: “Qarabağ”la Çempionlar Liqasının qrupuna düşmək üçün son addım kifayət etmədi”

Kadi Borges: “Qarabağ”la Çempionlar Liqasının qrupuna düşmək üçün son addım kifayət etmədi”

Futbol Futbol
Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Qurban Qurbanov: “Avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq”

Futbol Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Futbol Futbol
Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Futbol Futbol
Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət rəmzi komanda açıqlanıb

Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət rəmzi komanda açıqlanıb

Futbol Futbol
Futzal üzrə Azərbaycan millisinin Yunanıstanla oyununun hakimləri açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin Yunanıstanla oyununun hakimləri açıqlanıb

Futbol Futbol
Assosiasiya prezidenti qanun pozuntusunda şübhəli bilinir

Assosiasiya prezidenti qanun pozuntusunda şübhəli bilinir