Ukraynadan Rusiyaya ikonanın içində keçirilən külli-miqdarda partlayıcı aşkarlanıb

Ukraynadan Rusiyaya ikonanın içində keçirilən külli-miqdarda partlayıcı aşkarlanıb

Kilsə ikonalarının içərisində gizlədilmiş ümumi çəkisi 70 kiloqram olan 27 ədəd partlayıcı maddənin Ukraynadan Rusiya ərazisinə keçirilməsinin qarşısı alınıb.

APA-nın xəbərinə görə, bu barədə məlumatı Rusiyanın Federal Təhlükəsizlik Xidməti yayıb.

Bildirilib ki, araşdırmalar nəticəsində partlayıcıların Avrozona ərazisindən Ukraynaya gətirildiyi müəyyən edilib.

Fərid Azəri