İsrailin Suriyaya hava zərbələri zamanı SEPAH-ın generalı və müavini ölüb - YENİLƏNİB

İsrailin Suriyaya hava zərbələri zamanı SEPAH-ın generalı və müavini ölüb - YENİLƏNİB

İsrailin Suriyaya hava hücumu zamanı İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli generalı və onun müavini ölüb.

APA xəbəbr verir ki, bu barədə İran mediası məlumat yayıb.

General Məhəmməd Rza Zahedi və onun müavini Hacı Rəhimi öldürülüb.

Ümid Nəccari

***

Saat 19:32

SEPAH-ın yüksək rütbəli generalı İsrailin Suriyaya hava hücumunda öldürülüb

APA xəbər verir ki, bu barədə Reuters təhlükəsizlik mənbəsinə istinadən məlumat verib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi İsrailin Dəməşqdə endirdiyi hava zərbə nəticəsində öldürülüb.

Rəsmi Tehran hələlik məlumatı təsdiqləməyib.