Astarada yol qəzası baş verib, ölənlər var

Astarada yol qəzası baş verib, ölənlər var

Astarada ağır yol qəzası olub.

Birxeber.Az-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.

Hərəkətdə olan BMW markalı minik avtomobili iri tonnajlı DAF markalı yük avtomobilinin altına girib, ölənlər var.

Faktla bağlı araşdırma aparılır.