Şagirdi döydüyü iddia edilən müəllimin günahsızlığı sübut olundu - RƏSMİ/FOTO

Şagirdi döydüyü iddia edilən müəllimin günahsızlığı sübut olundu - RƏSMİ/FOTO

Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin fiziki tərbiyə müəllimi Kəmalə Qasımovanın dərs zamanı şagirdi döyməsi iddiası rəsmən təsdiqini tapmayıb.

Birxeber xəbər verir ki, Xəzər Rayon Prokurorluğunda aparılan araşdırma yekunlaşıb. Qeyd edək ki, iddiada müəllim Qasımova Kəmalənin valideyn  Rüstəmova Təranənin övladı Əliyeva Leylanın başını dəfələrlə divara vurması və şəxsiyyətini alçaldaraq nalayiq ifadələr işlətməsi bildirilirdi. Prokurorluqdan verilən cavabda isə ərizədə qeyd olunanların öz təsdiqini tapmaması səbəbindən və cinayət hadisəsi müəyyən edilmədiyindən prosesə xitam verildiyi bildirilib. 

Həmçinin, Rüstəmova Təranə Litvin qızının müəllim barəsində şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitələri ilə yaymasında cinayət tərkibinin olub-olmaması araşdırılmaq üçün Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinə göndərilib.

Qeyd edək ki, təqribən 3 ay öncə Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdinin valideyni övladının fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşdığını iddia etmişdi. Həmin vaxt məktəblinin valideyninə azyaşlının tibbi ekspertizadan keçirilməsi təklif olunmuşdu. Lakin valideyn uşağın xəsarətinin olmadığını bildirib və tibbi ekspertizadan keçirilməsini istəməmişdi. Göründüyü kimi, üstündən 3 ay keçməsindən sonra valideynin iddiasının əsassız olması sübut olunub. 

Birxeber
HADİSƏ HADİSƏ
“Bakı Metropoliteni” rəhbərinin adından dələduzluğa cəhd edilib

“Bakı Metropoliteni” rəhbərinin adından dələduzluğa cəhd edilib

HADİSƏ HADİSƏ
May ayı üçün gözlənilən hava PROQNOZU

May ayı üçün gözlənilən hava PROQNOZU

HADİSƏ HADİSƏ
Goranboyda maşın dəmir arakəsməyə çırpılıb, 10-a yaxın şəxs xəsarət alıb

Goranboyda maşın dəmir arakəsməyə çırpılıb, 10-a yaxın şəxs xəsarət alıb

HADİSƏ HADİSƏ
Azərbaycanda zəlzələ olub 

Azərbaycanda zəlzələ olub 

HADİSƏ HADİSƏ
Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib

Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib

HADİSƏ HADİSƏ
Bakıda 7 evdən oğurluq edilib

Bakıda 7 evdən oğurluq edilib

HADİSƏ HADİSƏ
Təhsil işçiləri məhkəmə zalında həbs edildi

Təhsil işçiləri məhkəmə zalında həbs edildi

HADİSƏ HADİSƏ
Bakıda intihara cəhd olub

Bakıda intihara cəhd olub

HADİSƏ HADİSƏ
“Bandotdel”in əməkdaşları ilə narkokuryer arasında silahlı qarşıdurma - ANBAAN VİDEO

“Bandotdel”in əməkdaşları ilə narkokuryer arasında silahlı qarşıdurma - ANBAAN VİDEO

HADİSƏ HADİSƏ
Nərminin məktəb yoldaşları məhkəmədə ifadə veriblər

Nərminin məktəb yoldaşları məhkəmədə ifadə veriblər

HADİSƏ HADİSƏ
"Beşiktaş"ın futbolçusu avtomobil qəzasına düşüb - FOTO

"Beşiktaş"ın futbolçusu avtomobil qəzasına düşüb - FOTO

HADİSƏ HADİSƏ
Azərbaycanda ana və iki övladı YOXA ÇIXDI

Azərbaycanda ana və iki övladı YOXA ÇIXDI