KTMT: Ermənistanın sərhədləri daxilindəki torpaqları onun suveren ərazisi kimi tanıyırıq

KTMT: Ermənistanın sərhədləri daxilindəki torpaqları onun suveren ərazisi kimi tanıyırıq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır.

“Birxeber.Az” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib.

“Məsuliyyət zonası” son dərəcə mürəkkəb termindir. Ermənistan rəsmiləri bu məsələni gündəmə gətirməklə diqqəti konkret cavabdan daha çox ölkə daxilindəki vəziyyətə cəlb etmək istəyir. Bir daha deyirik ki, 2010-cu ildəki razılaşmaya əsasən təşkilatın “məsuliyyət zonası” yalnız ona üzv olan istənilən dövlətin suveren sərhədləri ilə məhdudlaşan ərazisidir”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, rəsmi İrəvan daha əvvəl KTMT-dəki fəaliyyətini dondurduğunu açıqlayıb.