Fransa Ukraynadakı müharibə ilə bağlı Çindən gözləntilərini açıqlayıb

Fransa Ukraynadakı müharibə ilə bağlı Çindən gözləntilərini açıqlayıb

"Fransa Ukraynadakı müharibə ilə bağlı Çindən Rusiyaya çox aydın mesajlar göndərməyi gözləyir".

APA "France24"ə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne Pekində çinli həmkarı Vanq İ ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib. "Biz əminik ki, ukraynalılarla danışıqlar aparılmasa, davamlı sülh olmayacaq. Beynəlxalq hüquqa uyğun sülh əldə olunmasa, avropalılar üçün təhlükəsizlik olmayacaq. Bu, bizim üçün vacib məsələdir, buna görə də Fransa Çinlə sıx dialoqu davam etdirməkdə qərarlıdır", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Pekin beynəlxalq hüquqa hörmətin təminatında “aparıcı rol” oynaya bilər.

Qeyd edək ki, sələfi Ketrin Kolonnanın noyabrda etdiyi səfərdən sonra son altı aydan az müddətdə Sejurnenin bu səfəri Fransa xarici işlər nazirinin Çinə etdiyi ikinci səfərdir.