Milli Məclisin komitə sədri psixoloji yardım həyata keçirilən özəl müəssisələri tənqid edib

Milli Məclisin komitə sədri psixoloji yardım həyata keçirilən özəl müəssisələri tənqid edib

Psixoloji yardım həyata keçirilən özəl müəssisələrdə çalışan mütəxəssislərin tam əksəriyyəti bu sahə üzrə təhsili olmayan şəxslərdir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada deyib.

O qeyd edib ki, həmin şəxslərin pasiyentlərə göstərdiyi "yardımlar" adekvat deyil:

"Onlar psixi sağlamlıqla məşğul olmur, hətta psixiatriya xəstələrini də prosesə cəlb edirlər. Bu sahəyə ciddi nəzarət edilməlidir".