Mərkəzi Nəbatat Bağı bu il istifadəyə veriləcək

Mərkəzi Nəbatat Bağı bu il istifadəyə veriləcək

Bu ilin sonunadək Mərkəzi Nəbatat Bağının istifadəyə verilməsi nəzərdə tutulub.

“Birxeber.Az”un əldə etdiyi məlumata görə, il ərzində Nəbatat Bağının rəsmi açılış mərasimi olacaq.

Hazırda Mərkəzi Nəbatat Bağında təmir-tikinti işləri davam edir.

Qeyd edək ki, 2022-ci ilin noyabrın 19-dan parkın ərazisində aparılan abadlıq yenidənqurma və tikinti işləri ilə əlaqədar istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təminatı məqsədi ilə Mərkəzi Nəbatat Bağı ziyarətçilərin girişi üçün bağlıdır.