Kamal Abbasov: “Azərbaycan təkcə təbii qaz ixracına deyil, həm də LNG tədarükünə diqqət yetirir”

Kamal Abbasov: “Azərbaycan təkcə təbii qaz ixracına deyil, həm də LNG tədarükünə diqqət yetirir”

Hazırda Azərbaycan təkcə boru kəməri vasitəsilə təbii qaz ixracına deyil, həm də mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü imkanlarına diqqət yetirir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov bu gün Bakıda keçirilən Ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası Müştərək Komissiyanın 8-ci iclasında bildirib.

“Azərbaycan Avropaya qaz nəqli marşrutlarına çıxışı təmin etmək üçün tərəfdaş ölkələrlə işləyir. Dəniz külək enerjisini də bərpa olunan enerji mənbələrindən istifadədə perspektivli sahələrdən biri hesab edirik”, - o vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizində istehsal edilən “yaşıl enerji” onların istifadəsi imkanları qiymətləndirildikdən və öyrənildikdən sonra Avropa və regional enerji bazarlarına tədarük olunacaq.