Bakıda iki kişinin asılı meyitləri aşkarlanıb

Bakıda iki kişinin asılı meyitləri aşkarlanıb

Bakıda iki kişinin asılı meyitləri aşkarlanıb.

Birxeber.Az xəbər verir ki, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 9 ünvanında 1993-cü il təvəllüdlü Ataxanlı Kamal Kamil oğlu yaşadığı mənzildə özünü qaz borusundan asaraq intihar edib.

Xətai rayonunda isə 1985-ci il təvəllüdlü Gərayev Dəyanət Sahib oğlu yaşadığı evin ikinci mərtəbəsinin pilləkənindən özünü asaraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.