Nazir Azərbaycanın İrandakı səfirliyin fəaliyyətinin bərpası üçün şərtləri açıqlayıb

Nazir Azərbaycanın İrandakı səfirliyin fəaliyyətinin bərpası üçün şərtləri açıqlayıb

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət olunacağını deyib.

"Report"un məlumatına görə, jurnalistlərə açıqlamasında nazir deyib ki, əsas məsələ baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsidir.

Onun sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir: "Çünki insanlarımızın həyatını riskə ata bilmərik".