“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk potensial rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk potensial rəqibi müəyyənləşib

Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən “Qarabağ”ın 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki ilk potensial rəqibi müəyyənləşib.

“Birxeber.Az”un məlumatına görə, Ağdam təmsilçisi İslandiya klubu “Vikinqur”la qarşılaşa bilər.

Ümumiyyətlə, yarışa I raunddan qoşulacaq 6 komanda artıq dəqiqləşib ki, onlardan yalnız Reykyavik komandası səpələnməmişlərdə yer alacaq. Digər 5 klub – “Qarabağ”, HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) püşkatma zamanı səpələnmişlərdə, yəni güclülərin sırasında qərarlaşacaqlar. “Qarabağ” 33,000 əmsalla mərhələnin ən yüksək reytinqə malik komandasıdır.

TNS (Uels), RFŞ (Latviya), “Dinamo” (Batumi, Gürcüstan), “Dinamo” (Minsk, Belarus), “Panevejis” (Litva) və “Odrabası”nın (Qazaxıstan) səbəti qeyri-müəyyəndir.

Qurban Qurbanovun kollektivi mərhələni adlayacağı təqdirdə, II raundda da səpələnmişlərdə olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.