"Prezidentin Şuşada bugünkü çıxışı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni yol xəritəsidir"

"Prezidentin Şuşada bugünkü çıxışı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni yol xəritəsidir"

“Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Prezidentimiz İlham Əliyev tarixi nitq söylədi. Dövlət başçısı indiyə qədər görülmüş işlərlə yanaşı diasporumuzun qarşısında dayanan vəzifələrdən ətraflı bəhs etdi”.

Bu fikirləri "Birxeber"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Dünya azərbaycanlılarının birinci qurultayında ümummilli lider çıxış edərkən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini bəyan etmişdi:

"Ulu Öndərimizin arzusu gerçəyə çevrildi. Dünya azərbaycanlılarının sonrakı qurultaylarında, eləcə də digər çıxışlarında Prezident İlham Əliyev də Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirmişdi. Bu günün reallığı dövlət başçımızın öz sözündə, vədində qəti olması, üzərinə götürdüyü bütün öhdəlikləri, vədlərini həmişə yerinə yetirdiyini əyani şəkildə sübut edir. Şuşada keçirilən Zəfər qurultayı isə qələbəmizin növbəti təntənəsi oldu".

Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsində tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi rəmzi məna daşıyır:

"Hələ 30 illik işğal dövründə və 44 günlük müharibə zamanı xaricdə yaşayan milyonlarla azərbaycanlı Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdı. Bu gün də bu işin davam etdirilməsinə böyük zərurət var. Çünki müharibə başa çatsa da, Azərbaycana qarşı olan əsassız iddialar hələ də davam edir. Zəfər yolu ilə Zəfər qurultayında iştirak etmək üçün Şuşaya gedən soydaşlarımız yolboyu erməni vandalizminin şahidi oldular. Şuşa da daxil olmaqla ermənilərin işğal etdiyi ərazilərdə yaratdığı acınacaqlı vəziyyət, törətdikləri talançılıq, barbarlıq bir daha onu göstərir ki, bu ərazilər heç vaxt onlara mənsub olmayıb. Onların bu ərazilərdə əbədi qalacaqlarına ümidləri də olmayıb, ona görə də yalnız dağıtmaq və talamaqla məşğul olublar. Bu gün həmin ərazilərə gedən hər bir şəxs ermənilərin faşist əməllərinin şahidi olur. Dövlət başçısı regionda hazırkı proseslərdən də ətraflı danışıb və bildirib ki, Azərbaycan Ermənistana beş bənddən ibarət sülh sazişi təklif edib. Ermənistanda mövcud olan revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur. Prezident qeyd etdi ki, əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. Düşünürəm ki, erməni tərəfi dövlətimizin başçısının bu xəbərdarlığından düzgün nəticə çıxarmalıdır".

İlham Əliyev
İlham Əliyev

“Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan ilə daim təmasdadırlar, diaspor təşkilatları arasında koordinasiya təkmilləşir. Dövlət başçısının dediyi kimi, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz ana Vətənləri ilə əlaqələri qoruyub saxlamalı, öz mədəniyyətlərinə bağlı olmalıdırlar. Bu gün müxtəlif ölkələrdə Azərbaycan evlərinin, məktəblərinin yaradılması bu məqsədə xidmət edir. Cənab Prezident nitqində diaspor təşkilatlarına öz dəyərli tövsiyələrini də verdi. Cənab İlham Əliyevin dediyi kimi, diaspor təşkilatları yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdırlar. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların övladları üçün Azərbaycan dilinin və tarxinin, eləcə də ədəbiyyatının tədris olunması üçün müvafiq məktəblərin, mərkəzlərin açılmasını vacib sayıram. Əgər bütün bunlar olarsa, assimilyasiya hallarının qarşısı alınacaq. Ona görə də, bu məsələ də xüsusi diqqət mərkəzində olmalıdır. Bütövlükdə, hesab edirəm ki, cənab Prezidentin qurultaydakı çıxışı Azərbaycan diasporu üçün yol xəritəsidir. Dövlət başçısının tövsiyələrii diaspor təşkilatlarının qarşısında yeni vəzifələr müəyyənləşdirir”,- deyə Fatma Yıldırım vurğulayıb.

--- ---
Şuşada keçiriləcək Zəfər Qurultayı ilə bağlı videoçarx hazırlanıb

Şuşada keçiriləcək Zəfər Qurultayı ilə bağlı videoçarx hazırlanıb

--- ---
Milli Məclis sədrinin müavini: “Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı beynəlxalq hadisədir”

Milli Məclis sədrinin müavini: “Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək V Qurultayı beynəlxalq hadisədir”

--- ---
ABŞ-dakı Azərbaycan icmasının rəhbəri: "Zəfər Qurultayı əcdadlarımızın torpağına qayıdışdır"

ABŞ-dakı Azərbaycan icmasının rəhbəri: "Zəfər Qurultayı əcdadlarımızın torpağına qayıdışdır"

--- ---
Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab

Almaniyanın əyalət kanslerindən Xocalı soyqırımı ilə bağlı rəsmi cavab

--- ---
Nyu-Yorkda azərbaycanlı gənclər yeni təşkilat yaradıb

Nyu-Yorkda azərbaycanlı gənclər yeni təşkilat yaradıb

--- ---
Dünya Azərbaycanlılarının V Qurultayı: Qarabağın bərpasına diasporun töhfələri müzakirə olunub 

Dünya Azərbaycanlılarının V Qurultayı: Qarabağın bərpasına diasporun töhfələri müzakirə olunub 

--- ---
"Prezidentin Şuşada bugünkü çıxışı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni yol xəritəsidir"

"Prezidentin Şuşada bugünkü çıxışı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni yol xəritəsidir"

--- ---
Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır

Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayır

--- ---
Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diasporuna təhvil verilib

Rusiya hərbçilərinin girovluğundan azad olunan tələbə Azərbaycan diasporuna təhvil verilib

--- ---
Arif Rəhimoğlu İsveçdə dəfn olunub

Arif Rəhimoğlu İsveçdə dəfn olunub

--- ---
Zəfər Qurultayınının ikinci günü: Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək

Zəfər Qurultayınının ikinci günü: Azərbaycan diasporunun fəaliyyətini müəyyənləşdirəcək mühüm sənədlər qəbul ediləcək