Beyləqanda narkotik vasitələri satmaq istəyənlər həbs edilib

Beyləqanda narkotik vasitələri satmaq istəyənlər həbs edilib

Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Birxeber.Az”a verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət iṣi başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib.