Xocalıda nəşlərinin qalıqları tapılan şəxslərlə vida mərasimi keçirilib - VİDEO - YENİLƏNİB

Xocalıda nəşlərinin qalıqları tapılan şəxslərlə vida mərasimi keçirilib  - VİDEO - YENİLƏNİB

Xocalıda Şəhidlər xiyabanında dəfn ediləcək 7 nəfərin nəşinin qalıqları Xocalı şəhərinə yola salınıb.

APA-nın xəbərinə görə, Bərdə şəhərində yerləşən məcburi köçkün şəhərciyində keçirlən vida mərasimindən sonra 7 nəfərin nəşinin qalıqları Xocalı şəhərinə yola salınıb.

Xocalıda Şəhidlər xiyabanında dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il

7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.

***

saat 09.07

Xocalıda nəşlərinin qalıqları tapılan şəxslərlə vida mərasimi keçirilir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün Xocalı soyqırımı qurbanlarının tapılmış nəşləri Xocalıda dəfn ediləcək.

Bərdə şəhərində yerləşən məcburi köçkün şəhərciyində şəhidlərlə vida mərasimi keçirilir.

Xocalıda Şəhidlər xiyabanında nəşlərinin qalıqları dəfn olunacaq şəxslər aşağıdakılardır:

1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il;

2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il;

3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il;

4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;

5. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il;

6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il;

7. Nəcəfov Şiraslan Qəmiş oğlu - 1952-ci il təvəllüdlü.