Qazaxıstanda daşqınlar səbəbindən əhali təxliyə edilir

Qazaxıstanda daşqınlar səbəbindən əhali təxliyə edilir

Qazaxıstanın bəzi vilayətlərində daşqınlar nəticəsində təxliyə edilənlərin sayı 10,5 min nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Türküstan, Aktobe, Kostanay, Qərbi Qazaxıstan, Akmola, Ulytau və Abay vilayətlərində 10 587 nəfər xilas edilərək təxliyə edilib, onlardan 5 101 nəfəri uşaqdır. Müvəqqəti yerləşdirmə mərkəzlərində 5497 nəfər var”, - məlumatda deyilir.

Xilasetmə əməliyyatlarına 6 mindən çox canlı qüvvə və 3 minə yaxın texnika cəlb olunub.