“Real”ın dörd oyunçusu dünyanın ən bahalı 10 yarımmüdafiəçisi sırasındadır

“Real”ın dörd oyunçusu dünyanın ən bahalı 10 yarımmüdafiəçisi sırasındadır

“Transfermarkt” portalı dünyanın 10 ən bahalı yarımmüdafiəçisinin reytinqini təqdim edib.

“Report” xəbər verir ki, reytinqə transfer dəyəri 180 milyon avro dəyərində qiymətləndirilən “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem başçılıq edir. İkinci yerdən beşinci yerə “Qarabağ” mübarizədən kənarlaşdırmış “Bayer 04”ün hücumameyilli yarımmüdafiəçisi Florian Virts, “Bavariya”nın futbolçusu Camal Musiala, “Arsenal”ın havbeki Deklan Rays, “Mançester Siti”nin mərkəzi yarımmüdafiəçi Rodri qərarlaşıb. Futbolçuların eyni transfer dəyərinə malikdir: 110 milyon avro.

Tam reytinq aşağıdakı kimidir:

1. Cud Bellinqem (“Real Madrid”, 180 milyon avro);

2. Florian Virts (“Bayer 04”, 110 milyon avro);

3. Camal Musiala (“Bavariya”, 110 milyon avro);

4. Deklan Rays (“Arsenal”, 110 milyon avro);

5. Rodri (“Mançester Siti”, 110 milyon avro);

6. Federiko Valverde (“Real Madrid”, 100 milyon avro);

7. Martin Edeqor (“Arsenal”, 95 milyon avro);

8. Qavi (“Barselona”, ​​90 milyon avro);

9. Eduardu Kamavinqa (“Real Madrid”, 90 milyon avro);

10. Orelyen Tçuameni (“Real Madrid”, 90 milyon avro).