Bundesliqa: “Borussiya” səfərdə “Bavariya” üzərində inamlı qələbə qazanıb

Bundesliqa: “Borussiya” səfərdə “Bavariya” üzərində inamlı qələbə qazanıb

Almaniya Bundesliqasının 27-ci turu çərçivəsində Dortmundun “Borussiya”sı səfərdə Münxen “Bavariya”sını 2:0 hesabı ilə məğlub edib.

“Birxeber.Az” xəbər verir ki, qarşılaşma Münxenin “Alyans-Arena” stadionunda baş tutub.

Qolları Karim Adeyemi (10-cu dəqiqə) və Yulian Rüerson (83) vurub.

“Bavariya” 60 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Münxenlilər çempionatın bitməsinə 7 tur qalmış lider “Bayer 04”dən 13 xal geri qalır. “Bavariya” son 11 mövsümdür Almaniya çempionu olub. “Borussiya” 53 xalla 4-cü yerdədir.

“Borussiya” 2018/19 mövsümündən sonra ilk dəfə “Bavariya”nı yenib. Bundan başqa, dortmundlular 2013-cü ilin noyabrından səfərdə qalib gəlmirdi.

Növbəti turda “Borussiya” “Ştutqart”ı, “Bavariya” səfərdə “Haydenhaym”ı üz-üzə gələcək. Qarşılaşmalar aprelin 6-da baş tutacaq.