"Zirə" səfərdə "Sabah"a qalib gəlib

"Zirə" səfərdə "Sabah"a qalib gəlib

Azərbaycan Premyer Liqasının XXVIII turunda "Zirə" "Sabah"a qalib gəlib.

“Report”un məlumatına görə, matç "Bank Respublika Arena"da baş tutub.

Qarşılaşma "Zirə"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb. 1:0

Aktivinə 3 xal yazan "qartallar" turnir cədvəlində üçüncü yerə yüksəlib.

Məğlubiyyət isə "Sabah" klubunun bir pillə geriləməsinə səbəb olub. Onlar Azərbaycan Premyer liqasında 40 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında "Səbail" evdə "Turan Tovuz"la heç-heçə edib. Tura martın 31-də yekun vurulacaq.