İsrail ordusu Livanda BMT sülhməramlılarının maşınına zərbə endirilməsi xəbərini təkzib edib

İsrail ordusu Livanda BMT sülhməramlılarının maşınına zərbə endirilməsi xəbərini təkzib edib

İsrail Müdafiə Ordusu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) məxsus maşının ölkənin cənubunda atəşə tutulması ilə bağlı yayılan xəbərləri təkzib edib.

“Report” xəbər verir ki, bu barədə TASS ordunun açıqlamasına istinadən məlumat yayıb.

“Məlumatların əksinə olaraq, İsrail ordusu Rmeyşa bölgəsində UNIFIL avtomobilinə zərbə endirməyib”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, martın 30-da Livanın Milli Xəbər Agentliyi İsrailə məxsus pilotsuz uçuş aparatının cənubda UNIFIL avtomobilinə hücum etdiyini yazmışdı.