Borrel: Aİ-nin Ukraynanı müdafiə etmək qərarlılığı daha da güclənəcək

Borrel: Aİ-nin Ukraynanı müdafiə etmək qərarlılığı daha da güclənəcək

Avropa İttifaqının (Aİ) Ukraynanı müdafiə etmək qərarlılığı daha da güclənəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell “X”də yazıb.

O bildirib ki, Buçanın azad edilməsindən iki il sonra Rusiya Ukrayna iqtisadiyyatını və Ukrayna xalqının dayanıqlılığını sarsıtmaq üçün dinc əhaliyə və Ukraynanın enerji infrastrukturuna qarşı kütləvi hücumları təkrarlayır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 24 fevral 2022-ci ildə başlayıb.