AGF-in baş katibinə “Tərəqqi” medalı təqdim edilib
Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadəyə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı təqdim edilib.
“Birxeber.Az” xəbər verir ki, bu barədə AGF-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, N. Məmmədzadə mükafatı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirak etdiyi 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə alıb.
