Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti iki oyunu keçiriləcək

Azərbaycan Premyer Liqasında XXVIII turun növbəti iki oyunu keçiriləcək

Azərbaycan Premyer Liqasında bu gün XXVIII turun növbəti iki oyunu keçiriləcək.

"Report" xəbər verir ki, hər iki qarşılaşma Bakıda baş tutacaq.

Medallar uğrunda mübarizə aparan komandaların duelləri müvafiq olaraq "ASCO Arena" və "Bank Respublika Arena"da gerçəkləşəcək.

Azərbaycan Premyer Liqası
XXVIII tur

30 mart

16:30. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“ASCO Arena”

19:00. “Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bank Respublika Arena”

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XXVIII tura martın 29-da iki oyunla start verilib. "Neftçi" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Tofiq Bəhramov adına Respublika stadionunda "Kəpəz"i darmadağın (6:1) edən "Qarabağ" isə sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib.