Laçın sakini: Doğma yurduma qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Laçın sakini: Doğma yurduma qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

“Doğma yurduma qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur”.

Bu sözləri Bakının Qaradağ rayonundan doğma yurduna yola salınan keçmiş məcburi köçkün, Laçın şəhər sakini Həsənova Məlahət “Birxeber.Az”a açıqlamasında deyib.

Sumqayıt şəhərində məskunlaşdıqlarını bildirən keçmiş məcburi köçkün deyib ki, Laçındakı yeni evini görmək üçün səbirsizlənir:

“Ağlımıza gəlməzdi ki, biz bu sevinci nə vaxtsa yaşayacayıq. Sumqayıt şəhər “Sarıqaya” pioner düşərgəsində yaşayırdıq. İndi isə öz evimizə qayıdırıq. Laçın şəhərindəki evimizi çox gözəl tikib və təmir ediblər. Hər cürə şərait yaradıblar. Bu xoşbəxtliyi bizə yaşadan Prezidentimizə, güclü ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.